Noyabrın 1-də Tehranda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, İran İslam Respublikasının Prezidenti Həsən Ruhaninin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin üçtərəfli Zirvə görüşü keçirilib.

Prezidentlər görüşdə çıxış ediblər. Sonra Azərbaycan Prezidenti İlham Əliyev, İranPrezidenti Həsən Ruhani və Rusiya Prezidenti Vladimir Putin Zirvə görüşünün Birgə Bəyannaməsini imzalayıblar.

Sonda dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.


xxx

Azərbaycan, Rusiya və İran prezidentlərinin üçtərəfli sammiti öz işinə başlayıb.

Unikal.org-un məlumatına görə, görüşdə Şimal-Cənub dəhlizi, regionda üç ölkəni maraqlandıran önəmli məsələlər müzakirə olunacaq.

Konfransın keçirildiyi məkanın ətrafında təhlükəsizlik tədbirləri görülüb.