Ötən gecə erməni hərbi birləşmələri növbəti dəfə cəbhə xəttində təxribatlar yaradaraq atəşkəs rejimini pozub.
Unikal.org report-a istinadən bildirir ki, atışma zamanı ərazidə reportaj hazırlayan Azad Azərbaycan televiziyasının (ATV) Qarabağ bürosunun operatoru Vicay Vəliyev qəlpə yarası alıb.
Operator V. Vəliyev sayta bildirib ki, cəbhənin Tərtər rayonu Qarağacı kəndi istiqamətində erməni hərbi birləşmələrinin atdığı mərmi partlayıb və qəlpələrdən biri onun ayağına dəyib.
Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müayinəyə göndərilib.