"Azərbaycan müstəqilliyinin qorunması, saxlanılması, inkişaf etdirilməsi ümumilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Biz haqqı olan insanların əməyini qiymətləndirməliyik. Azərbaycan Xalq Cümhuriyyəti mövzusu həmişə diqqət mərkəzində olub.
Unikal.org report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri, hakim Yeni Azərbaycan Partiyası icra katibinin müavini Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, bəzi siyasi partiyalar buna maneçilik törətmək üçün özlərini ortaya atırlar: "Bu, Azərbaycan xalqının tarixidir. Bu, Azərbaycana məxsusdur. Kimsə adı götürüb həminki dövrdə olan partiyanın adı ilə adlandırırsa, bu, o partiya deyil. Bugünkü Müsavatla ovaxtkı Müsavat tamamilə başqa-başqa şeylərdir. O vaxt bunlara bu partiyanı etibarnamə ilə veriblər ki, onu idarə etsinlər? Xeyr. Bu, Azərbaycan xalqının partiyasıdır və ona görə də qarışıqlıq salıb, ümumi işə xələl gətirməyin tərəfdarı deyiləm.