Prezident İlham Əliyev "Əməkdar jurnalist fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, sənəddə deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslərə "Əməkdar jurnalist fəxri adı verilsin:

Quliyev Səlahəddin Məlik oğlu

Paşayev Hüseyn Məmməd oğlu.

1. Azərbaycan Respublikasının ictimai-siyasi həyatında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin:

Hüseynov Tofiq Həsən oğlu

İmamverdiyev Sudeyif Bəşir oğlu.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".