Bu gün - noyabrın 18-də prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirak edən hakim Yeni Azərbaycan Partiyasının (YAP) bir qrup üzvünün təltif edilməsi haqqında sərəncam imzalayıb.
Unikal.org-un məlumatına görə,sərəncama əsasən, "Tərəqqi medalıilə təltif edilənlər arasında kənd təsərrüfatı nazirinin keçmiş müavini, Şəmkir rayon İcra Hakimiyyətinin sabiq başçısı Aslan Aslanov da var.
Aslan Əli oğlu Aslanov 1961-ci ildəŞəmkir rayonununƏliyaqublukəndində anadan olub. 1993-2005-ci illərdə Şəmkir rayon İcra Hakimiyyətinin başçısı olub.
Daha sonra 2013-cü ilədək kənd təsərrüfatı nazirnin müavini vəzifəsində çalışıb.
Aslan Aslanov hazırda YAP Siyasi Şurasının üzvüdür, işləmir.