Sabahdan - noyabrın 21-dən Azərbaycan Milli Məclisinin (MM) plenar iclaslarında 2018-ci ilin dövlət büdcəsi layihəsi müzakirə olunacaq.

Unikal.org Report-a istinadən xəbər verir ki, noyabrın 23-dək davam edəcək plenar iclaslarda baş nazir Artur Rasi-zadə başda olmaqla, hökumət üzvləri iştirak edəcəklər.

Plenar iclasın yekununda 2018-ci ilin dövlət və icmal büdcəsi layihələrinin təsdiqi gözlənilir.