Noyabrın 30-da Bakıda Azərbaycan, Pakistan və Türkiyə xarici işlər nazirlərinin toplantısı olacaq.

Unikal.org-un məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, nazirlərin görüşü İstanbul Prosesi çərçivəsində Bakıda keçiriləcək 7-ci nazirlər konfransından əvvəl baş tutacaq.

Qeyd edək ki, "Asiyanın Qəlbi - İstanbul Prosesi çərçivəsində "Gücləndirilmiş Asiyanın Qəlbi regionuna doğru təhlükəsizlik və iqtisadi bağlantılar mövzusunda 7-ci nazirlər konfransı 30 noyabr - 1 dekabr 2017-ci il tarixində Bakıda keçiriləcək.