Bakının Xətai rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

"Azəriqaz İB-nin ictimaiyyətlə əlaqələr şöbəsindən Unikal.org-a verilən məlumata görə, Xətai rayonu Nəcəfqulu Rəfiyev küçəsində 2 ədəd qaz tənzimləyicinin quraşdırılması ilə əlaqədar, noyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək rayonun Babək prospekti,Y.Səfərov və Əbilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Görülən təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişi təmin ediləcək. Yaranacaq məhdudiyyətlə bağlı "Azəriqaz İB bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.