Zimbabve prezidenti Robert Muqabe istefaya gedib.

Unikal.org TASS-a istinadən xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Mən Robert Qabriel Muqabe rəsmi olaraq Zimbabvenin prezidenti vəzifəsindən istefa verdiyimi bəyan edirəm. Qərar bu andan qüvvəyə minir", - R.Muqabe istefa ərizəsində göstərib.

Qeyd edək ki, hakim "Zimbabve Afrika Milli İttifaqı - Vətənpərvərlik Cəbhəsi" Partiyasının Mərkəzi Komitəsi xüsusi iclasında 93 yaşlı ölkə prezidenti Robert Muqabeni partiyanın rəhbəri postundan kənarlaşdırıb. Onun yerinə keçmiş vitse-prezident Emmerson Mnanqaqva təyin olunub.

xxx

Zimbabve parlamenti prezident Robert Muqabenin impiçmentini elan edib.

Unikal.org-un məlumatına görə, prezidentə səlahiyyətlərini təhvil vermək üçün bir sutka vaxt verilib.

Qeyd edək ki, noyabrın 14-də axşam saatlarında hərbçilər ölkədə əsas obyektləri nəzarət altına alıblar. Növbəti gün Muqabe və onun xanımı Qreys saxlanılıb.

Zimbabve prezidenti istefaya getmək təklifini qəbul etməyib. O, seçki keçirilmədən postunu tərk etməyəcəyini bəyan edib.