Çinin "Wechat sosial şəbəkəsinin və QQ sürətli məlumat mübadiləsi xidmətinin aid olduğu "Tencent telekommunikasiya şirkətinin bazar dəyəri "Facebookun dəyərini ötüb.
Unikal.org-un xəbərinə görə, bu gün birjadakı əməliyyatlar zamanı "Tencentin bazar dəyəri 523 milyard dollara yüksəlib. "Facebookun kapitalizasiyası isə 519 milyard dollardır. Beləliklə, "Tencent "Facebooku üstələyən ilk Asiya şirkəti olub.
"WeChat sosial şəbəkəsinin 1 milyard nəfərə yaxın istifadəçisi var. Şəbəkə vasitəsilə xidmətlərin ödənişini həyata keçirmək və dostların bir-birinə pul göndərməsi də mümkündür. Şirkətin dəyərinin artmasına "Honour of Kings oyunu da müsbət təsir göstərib. Bu sayədə gəlirlər 3-cü rübdə 84% artıb.
Lakin "Tencentunb uğurunun əsas səbəbi Çində "Facebook və Twitterin bloklanmasıdır.
Qeyd edək ki, bazar dəyərinə görə "Apple korporasiyası dünyada lider mövqeyini qoruyur. Korporasiyanın kapitalizasiyası 873 milyard dollar təşkil edir.