Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində minanın partlaması nəticəsində 3 erməni hərbçisi ölüb.
Unikal.org xəbər verir ki, bu barədə Ermənistan Kmətbuatı məlumat yayıb.
Partlayış nəticəsində 1995-ci ildə anadan olmuş Geqam Zakaryan, 1997-ci il təvəllüdlü Sarkis Melikyan və 1998-ci ildə anadan olmuş Sarkis Abramyan ölüb. 1997-ci ildə anadan olmuş Narek Oveyan isə yaralanıb. Onun vəziyyətinin ağır olduğu bildirilir.
Hadisə ilə bağlı araşdırma aparılır.