Azərbaycan və Ukrayna prezidentləri İlham Əliyev və Pyotr Poroşenko Avropa İttifaqının "Şərq tərəfdaşlığı proqramının Brüsseldə keçiriləcək zirvə toplantısında görüşəcəklər.

Unikal.org xarici mətbuata istinadən verdiyi xəbərə görə, prezidentlər ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər. Azərbaycan prezidentinin Ukraynaya gözlənilən səfərinə hazırlıq da diqqət mərkəzində olacaq.

Qeyd edək ki, "Şərq tərəfdaşlığı sammiti noyabrın 24-də keçiriləcək.