Pakistan İslam Respublikası Birləşmiş Qərargah Rəisləri Komitəsinin sədri general Zübair Mahmud Hayatın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycana səfər edəcək.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, səfər noyabrın 22-də başlayacaq.

Səfər çərçivəsində Pakistan nümayəndə heyətinin Azərbaycanın Müdafiə Nazirliyi və digər dövlət strukturlarında görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Səfər noyabrın 24-dək davam edəcək.