Xəbər verdiyimiz kimi, bu gün Rusiya, Türkiyə və İran liderlərinin iştirakı ilə Soçidə Suriya görüşləri ilə bağlı sammit keçiriləcək.
Unikal.org xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan səfər öncəsi Azərbaycanlı jurnalistlərin sullarını cavablandırıb.
O, jurnalistlərin sammittə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələn müzakirə ediləcəyimi sualına belə cavab verib:
"Ötən səfərimdə cənab Vladimir Putinlə Qarabağ münaqişəsinin həlli ilə bağlı danışmıdıq. Məsələ ilə bağlı, cənab Putin mənə söz verdi ki, bu münaqişənin həllində əlindən gələni edəcək. Bu gün Ermənistanın Dağlıq Qarabağın ətrafında işğal etdiyi 5 rayonun qaytarılması ilə bağlı daha həssas müzakirələr gedir. Artıq Dağlıq Qarabağ və ətraf 5 rayonun işğalının 30-cu il dönümü yaxınlaşır. Hesab edirəm ki, Dağlıq Qarabağ münaqişəsinin həllinin "açarı" Rusiyanın əlindədir. Xüsusən Putinin. Bu günki görüşməmizdə də fürsət tapan kimi, bu məsələ ilə bağlı müzakirələr aparacağıq. Çünki, Azərbaycan bizə qardaş ölkədir və bu münaqişəni gündəliyimizdən kənarda heç zaman saxlaya bilmərik".