Rusiya, İran və Türkiyə İŞİD də daxil olmaqla terrorla mübarizə mövzusunda əməkdaşlığı daha da genişləndirmək barədə razılığa gəlib.

Unikal.org-un məlumatına görə, bu barədə Rusiya prezidenti Vladimir Putin üç ölkə liderləri arasındakı Soçi görüşünün yekunu olaraq bəyan edib.

"İŞİD, Cəbhət ən-Nusra və digər ekstremist qruplaşmaları sonuna qədər məhv etməklə bağlı əməkdaşlığı genişləndirmək üçün liderlər hazır olduqlarını təsdiq etdilər".

Qeyd edək ki, bu gün Soçidə Rusiya, Türkiyə və İran dövlət başçılarının üçtərəfli görüşü keçirilib.


xxx



Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü başlayıb.

Unikal.org-un TASS agentliyinə istinadən verdiyi xəbərə görə, görüş Suriya probleminə həsr olunub.
Prezident Vladimir Putin Suriyada terrorçularla mübarizədə Rusiya, Türkiyə və İran hərbi qüvvələrinin rolunu xüsusi vurğulayıb. O qeyd edib ki, aparılan geniş hərbi əməliyyatlar sayəsində Suriyanın tənəzzülünün qarşısını almaq mümkün olub.
Putin həmçinin Suriya münaqişəsinin nizamlanması ilə bağlı Astanada aparılan danışıqlara toxunub. O, İran və Türkiyə liderlərinin xüsusi rolunu vurğulayaraq bildirib ki, onlarsız Suriyada siyasi nizamlanma mümkün olmazdı.
Suriyanın bundan sonrakı müqəddəratını təyin edilməsi prosesinin çətin keçəcəyini bildirən Putin bu prosesdə İran və Türkiyənin bu ölkəyə dəstək verəcəyinə ümidvar olduğunu deyib.