Belçika Krallığında işgüzar səfərdə olan Azərbaycan Prezidenti İlham Əliyev noyabrın 23-də NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə Alyansın mənzil-qərargahında olub.
Unikal.org xəbər verir ki, NATO-nun baş katibi Yens Stoltenberq dövlət başçısı İlham Əliyevi qarşılayıb.
Rəsmi foto çəkdirildikdən sonra Prezident İlham Əliyevin və NATO-nun baş katibi Yens Stoltenberqin görüşü olub.