Brüsseldə Şərq Tərəfdaşlığının V Sammiti işə başlayıb.

Unikal.org xəbər verir ki, sammitin rəsmi açılışında Avropa Şurasının prezidenti Donald Tusk, Avropa Komissiyasının sədri Jan Klod Yunker və Estoniyanın Baş naziri Eri Ratas çıxış ediblər.

Sammitin işində Şərq Tərəfdaşlığı proqramının üzv ölkələrinin - Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova və Ukraynanın dövlət və hökumət başçıları, Belarusun xarici işlər naziri, həmçinin Aİ ölkələrinin liderləri iştirak edirlər.

Tədbir bağlı qapılar arxasında keçirilir, onun nəticələri barədə mətbuat konfransında elan olunacaq.

Şərq Tərəfdaşlığı Sammitinin yekunları üzrə iştirakçılar 20 prioritet məqsədləri müəyyən edən yekun sənədi qəbul etmək niyyətindədirlər. 

Qeyd olunur ki, proqram iştirakçıları bu məqsədləri 2020-ci ilədək həyata keçirməyi planlaşdırırlar.