Bakı şəhərinin Binəqədi rayonunda mağazanın dam örtüyünün yanar konstruksiyaları 2 m2 sahədə və kondisioner yanıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, yüksək temperaturdan lambirindən ibarət tavan 5 m2 sahədə əriyib.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.