SOCAR-ın işçisi intihara cəhd edib.

Unikal.org xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı məlumat verib.

Bildirib ki, işdən çıxarılan Kərimova Rumiyyə axşam dərman içərək intihara cəhd edib. Hazırda 1 saylı Şəhər Kliniki Xəstəxanasının Toksikologia şöbəsinə yerləşdirilib.

Bildirilir ki, SOCAR Kompleks Qazma İşləri Trestinin KQİT-i Günəşli-İB-ü Çilov adası 112-saylı Özülündə paltaryuyan Kərimova Rumiyə ARƏM maddə 70 ç bəndi (işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda )ilə işdən azad olunub.