Salyanda piyadanın vurulması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org "Reporta istinadən xəbər verir ki, hadisə bu gün axşam saatlarında Salyan şəhərində "Azpetrol" yanacaqdoldurma məntəqəsinin yaxınlığında qeydə alınıb.

Neftçala rayonunun Qaraqaşlı kənd sakini, 46 yaşlı Cavid Kamil oğlu Süleymanov yolu keçmək istəyən zaman onu "İkarus markalı sərnişin avtobusu vurub. Nəticədə müxtəlif dərəcəli bədən xəsarətləri alan piyada Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardımdan sonra o, Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.