Yevlaxda ov zamanı bədbəxt hadisə baş verib.
Unikal.org "Reportun Şirvan bürosuna istinadla xəbər verir ki, rayonun Varvara kəndi ərazisində ova çıxmış 1994-cü il təvəllüdlü yerli sakin Fəxri Talışzadə tüfəngdən açılan atəş nəticəsində güllə yarası alıb.
Yaralı təcili xəstəxanaya çatdırılıb. Əməliyyat olunmuş gəncin durumu hazırda kafi olaraq dəyərləndirilir.
Fəxri Talşzadənin ehtiyatsızlığı səbəbindən özünə atəş açdığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.