1 saata yaxın müdaxiləyə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Argentinanın "Krebs rok-qrupunun solisti Agustin Briolini Villa Carlos Paz şəhərində konsert vaxtı səhnədə faciəvi şəkildə həyatını itirib.
Unikal.org mynews.az-a istinadən xəbər verir ki, 21 yaşındakı gənc musiqiçi ilk mahnısına başlamazdan əlindəki mikrofondan gələn yüksək voltta elektrik cərəyanı vurması nəticəsində səhnəyə yığılıb. İlk tibbi yardım qrupunun 1 saata yaxın müdaxiləsinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb. Mikrafondakı naqilin səhv birləşdirilməsi səbəbi ilə müğənni səhnədə faciəvi şəkildə dünyasını dəyişib.