Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türkiyə-Azərbaycan-Pakistan xairic işlər nazirlərinin toplantısında iştirak etmək üçün Bakıya gələcək.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, səfər 1 dekabr tarixində reallaşacaq. İlk dəfə təşkil ediləcək 3 tərəfli nazirlərin toplantısında ölkələr arasındakı əlaqələrin müxtəlif sahələrdəki inkişaf etdirilməsi imkanları müzakirə olunacaq. Həmçinin regional və beynəlxalq mövzular haqqında fikir mübadiləsi aparılacaq. Nazir Çavuşoiğlunun səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev tərəfindən də qəbul edilməsi gözlənilir.