Gəncə şəhərində 17 yaşlı qız sirkə turşusu içərək özünü zəhərləyib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin Heydər Əliyev prospektində baş verib.
Belə ki, Gəncə şəhər sakini, 2000-ci il təvəllüdlü A.S. sirkə turuşu içərək özünü zəhərləyib. O, xəstəxanaya çatdırılıb. Yaxınları qızın sirkə turşusunu bilməyərəkdən içdiyini söyləyirlər. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.