Azərbaycanda 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamı verməsini istisna etmirəm.

Bu sözləri Unikal.org-a Əfv Komissiyanın üzvü, "Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib.

Onun sözlərinə görə, ötən ili çıxmaq şərti ilə, 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il ərəfəsində prezident İlham Əliyev tərəfindən əfv sərəncamı bir qayda olaraq verilib: 

"Bu dəfə də əlamətdar gün münasibəti ilə də əfv sərəncamının verilməsini istisna etmirəm. Bu, ölkə başçısının konstitusion səlahiyyətlərinə daxildir. Bütün hallarda istər əfv komissiyasının üzvlərinə, katibliyə və digər aidiyyəti orqanlara mütəmadi olaraq əfvlə bağlı daxil olan müraciətlər öyrənilir. Bununla bağlı müvafiq arayışlar, rəylər hazırlanır. Bu daimi olan prosesdir. Gələcəkdə olacaq Əfv Komissiyanın iclasına hər bir müraciətlə bağlı müvafiq rəy hazırlanır. Amma bu dəfə əfvin olacağını istisna etmirəm. Hələki müvaffiq rəylərin hazırlanması ilə bağlı yetərincə zaman var.-deyə Komissiya üzvü bildirib.

Xatırladaq ki, sonuncu dəfə bu ilin mart ayında prezident İlham Əliyev tərəfindən əfv sərəncamı imzalanıb. Müraciət olunan 1000 məhkumdan 423 nəfəri əfv edilib.