"Facebook şirkətinin kontentin analizi üçün istifadə etdiyi süni intellekt alqoritmləri həyatdan könüllü getmək istəyən potensial istifadəçilərin axtarışı üçün tətbiq ediləcək.
Unikal.org xəbər verir ki, ICTnews-a istinadən xəbər verir ki, sistem istifadəçilər tərəfindən qruplarda, şəxsi səhifələrdə yazılan yazılarda mümkün risk faktorlarının müəyyənləşdirilməsi üçün avtomatik təbii dil emalı üsullarından istifadə edəcək.
İstifadəçilərin sosial şəbəkələrdə dərc etdikləri məlumatlar mütəxəssislərə psixi xəstəliklərin yaranmasında risk qrupunu xarakterizə edən davranış nümunələrini öyrənməyə imkan verir.
"Facebook tərtibatçıları bundan sonra həyatda son addım atmaq istəyən istifadəçilərin müəyyənləşdirilməsi üçün sosial şəbəkədəki yazıların avtomatik analizdən istifadə edəcəklər. Sistem sosial şəbəkədə potensial istifadəçilərin yazılarını və onlara yazılan şərhləri təhlil edəcək.
Bu, insanların mümkün niyyətinin əlamətlərinin aşkarlanması üçün lazımdır. Müvafiq məlumat "Facebook operatorlarına göndəriləcək və onlar məsələyə operativ reaksiya verməklə istifadəçiyə kömək təklif edəcəklər. Sosial şəbəkənin xüsusi "qaynar xətlərlə əməkdaşlığı nəzərdə tutulur.
"Facebook rəhbəri Mark Sukerberqin sözlərinə görə, insanların bilavasitə risk qrupuna aid olmasını müəyyənləşdirən alqoritm hazırda sadə şəkildə fəaliyyət göstərməklə, əsasən yazılarına "Sənə kömək lazımdır?, "Hər şey yaxşıdır? tipli sualların dərc edildiyi istifadəçilər barədə məlumat verir.
Sistemin təkmilləşdirilməsi üzərində işin davam etdirilməsi nəzərdə tutulur.