Şəmkirdə 2 piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Unikal.org report-a istinadən  xəbər verir ki, hadisə rayonun Əliyaqublu kəndində qeydə alınıb.

Yolu keçmək istəyən iki qadını avtomobil vuraraq hadisə yerindən qaçıb. Hər iki piyada yerində ölüb.

İlkin məlumatlara görə, hələlik kimliyi bilinməyən hər iki piyada istixanada işləməyə gedirmiş.

Faktla bağlı araşdırma aparılır.