Bakıda Türkiyə, Azərbaycan, Pakistanın xarici işlər nazirlərinin görüşünün yekununda Bakı bəyannaməsi qəbul edilib.
Unikal.org-un məlumatına görə, bəyannaməni xarici işlər naziri Elmar Məmmədyarov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu və Pakistan xarici işlər naziri Xavaca Məhəmməd Asif imzalayıblar.
"Azərbaycan və Türkiyə təlim təyyarələrini Pakistandan almağı düşünür".
Bunu Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu Bakıda azərbaycanlı və pakistanlı həmkarları ilə üçtərəfli görüşdən sonra bəyan edib.
"Biz də təyyarə, digər texnikanı, döyüş gəmilərini istehsal edirik. Azərbaycan da həm ixracatçıdır, həm də istehsalı inkişaf etdirmək istəyir. Biz bu sahədə bir birimizi tamamlayırıq", - deyə o vurğulayıb.
"Qərara gəldik ki, Pakistan, Azərbaycan və Türkiyə olaraq üçtərəfli formatdan daha geniş istifadə edək.
Bu sözləri Pakistanın xarici işlər naziri Xavaca Məhəmməd Asif Bakıda azərbaycanlı və türkiyəli həmkarları ilə keçirilən görüşdən sonra deyib. O bildirib ki, görüşdə üç ölkə arasında müdafiə sahəsində əməkdaşlıq, ticarət dövriyyəsinin artırılması müzakirə edilib: "Bu sahədə mövcud olan əməkdaşlığımız üçtərəfli formada inkişaf edə bilər. Azərbaycanla Pakistan arasında birbaşa hava xətti yoxdur. Bunun bərpası ilə əlaqələr daha da güclənəcək. Hər üç ölkə Kəşmir, Dağlıq Qarabağ və Şimali Kipr məsələsində eyni mövqeyə malikdir. Hər üç ölkə bu məsələlərin həllində ortaq mövqedən çıxış etməlidir. "Azərbaycanın 20 fazi torpaqları işal altındadır. Bu baxımdan müdafiə sahəsinin inkişafı çox vacibdir".
Bu sözləri Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bakıda türkiyəli və pakistanlı həmkarları ilə keçirilən görüşdən sonra deyib. O bildirib ki, Azərbaycan bu yaxınlarda təlim təyyarələrinin alınması üçün Pakistanla müqavilə imzalayacaq.