ABŞ Mərkəzi Komandanlığının qüvvələri İrana qarşı yenidən zərbələr endirməyə başlayıb.
"Unikal" xəbər verir ki, bu barədə Mərkəzi Komandanlığın açıqlamasında deyilir. Bildirilir ki, bu addım İranın Hörmüz boğazında naviqasiya azadlığını təhdid etmək qabiliyyətini daha da zəiflətmək məqsədi ilə atılıb.
“Amerika Birləşmiş Ştatları kommersiya gəmiçiliyinə və mühüm beynəlxalq su yolunda sərbəst hərəkət edən mülki heyətə qarşı son zamanlar əsassız təcavüzə görə İranı məsul hesab edir”,- deyə açıqlamada vurğulanır.
Qeyd edək ki, İran dövlət televiziyasının məlumatına görə, ölkənin cənubunda yerləşən Bəndər Abbas liman şəhərində ən azı səkkiz güclü partlayış baş verib.
*** 00:15
İranın cənubunda bir neçə partlayış səsi qeydə alınıb.
"Unikal" "Fars" agentliyinə istinadən xəbər verir ki, saat 23:15 radələrində Bəndər Abbas və Sirik şəhərlərində partlayış səsləri eşidilib.
Sirik sahil ərazilərində yaşayan sakinlər də qərb sahili yaxınlığında dənizdən partlayış səsləri eşitdiklərini bildiriblər.
Xatırladaq ki, əvvəlki gecə ABŞ qüvvələri İranın cənub əyalətlərində bir neçə hədəfə zərbə endirib. İran tərəfi qüvvələrinin bu hərəkətlərə cavab verdiyini bildirib.












.jpg)
.jpg)
.jpg)




.jpg)








.jpg)




























