Kürdəmirdə silahlı insident olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, noyabrın 30-da Kürdəmir rayonunun Mollakənd kənd sakini olan yeniyetmə, atası Rakifə məxsus ov tüfəngi ilə ehtiyatsız davrandığından açılmış atəş nəticəsində ayaq nahiyəsindən xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
Kürdəmir RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən müvafiq sənədləri olmayan "İJ-16 markalı ov tüfəngi götürülüb.