Bərdə rayonunda baş verən ağır yol qəzasında xəsarət alanların adları məlum olub.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə nəticəsində 1963-cü il təvəllüdlü Rəhilə Qazıyeva, 1961-ci il təvəllüdlü Nazilə Quliyeva, 1966-cı il təvəllüdlü Yaqut Məmmədova, 1980-ci il təvəllüdlü Sadiq Süleymanov xəsarət alıb.

Xəsarət alanlar Bərdə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sadiq Süleymanovun vəziyyətinin ağır olduğu bildirilir.

Digər xəsarət alanlara tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.


***

Bərdədə ağır yol qəzası olub.


Unikal.org apa-ya istinadən xəbər verir k, iki minik avtomobilinin mikroavtobusla toqquşması nəticəsində xəsarət alanların olduğu bildirilir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri cəlb olunub.


Hazırda hadisə yerində araşdırma aparılır.