Daxili İşlər Nazirliyi dünən Ağdaş rayonunda baş verən qəza ilə bağlı açıqlama yayıb.
Unikal.org-un verdiyi xəbərə görə, rəsmi məlumatda qeyd edilib ki, noyabrın 30-da saat 11 radələrində Ağdaş rayonunun Xosrov kəndi ərazisində İlham Cabbarlının idarə etdiyi "Nissan və Ramiz Abdullayevin idarə etdiyi "VAZ-2106 markalı avtomobillər toqquşub.
Nəticədə R.Abdullayev və sərnişinlərindən 3 yaşlı Cihan Sehirli hadisə yerində ölüb, digər bir sərnişini, habelə İ.Cabbarlının 1 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Qəza nəticəsində Ucar rayon Polis Şöbəsinin rəisi, Qəbələ rayon sakini, 1966-cı il təvəllüdlü Abdıyev Etibar Tofiq oğlu və Raqil adlı polis serjantı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Onlar Ağdaş rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Polis şöbəsinin rəisi, polkovnik Etibar Abdıyevin qollarının sındığı və döş qəfəsinin əzildiyi, sürücüsünün isə yüngül xəsarət aldığı bildirilir.
Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.