Azərbaycan əsilli rusiyalı iş adamı Telman İsmayılova məxsus Antalyadakı "Mardan Palace" otelinin hasarına qayıq çırpılıb.

Unikal.org xəbər verir ki, Telman İsmayılov tərəfindən 1,4 milyard dollar həcmində inşa edilən, bu il maliyyə çətinlikləri üzündən gündəmdən düşməyən "Mardan Palace Hotel bu gün qəza ilə Türkiyə mətbuatının gündəminə gəlib.

Bölgədə su idmanı üçün istifadə edilən bir qayıq, avtomobilin qoşqusundan çıxaraq hasara çırpılıb. Hasarın üzərinə düşən qayıqa da ciddi ziyan dəyib.