Bakıda mənzildən meyit tapılıb.

Unikal.org-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən,Bakı şəhəri,Xətai rayonunda1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. 

Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və orada aşkarlanan 1977-ci il təvəllüdlü Quliyev Rasim Nəriman oğlunun cəsədini aidiyyəti üzrə təhvil veriblər.