Ağstafada bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə hadisə Bakı-Qazax magistral yolun Ağstafa şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ 21099 markalı avtomobilin başqa bir maşınla toqquşması nəticəsində bir nəfər sərnişin, rayon sakini 1985-ci il təvəllüdlü Məmmədov Ramil Eldar oğlu xəsarət alıb. Ona tibbi yardım göstərilib.

Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.