ABŞ-ın Litvaya iki ədəd F-22 təyyarəsi göndərməsi NATO-nun istənilən təhlükəyə qarşı verilən mesajıdır.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, bu sözləri Litva Prezidenti Dalia Qrubauskayte deyib.
 
"Litvanın havadan müdafiəsi üçün 2 ədəd qırıcı təyyarə gəldi. Bu, ABŞ-ın bacarığını göstərən bir addım idi. Eyni zamanda  NATO-nun istənilən təhlükənin dərhal qarşısını almaq bacarığını göstərdi", - Qrubauskayte bildirib.
 
O, Rusiya qırıcılarının tez-tez Litva hava sərhədlərini pozduğunu deyib:
 
"Rusiya bu təxribatçı davranışlarına son verməlidir".