Azərbaycanda ərzaq təhlükəsizliyi sahəsində pərakəndəlik aradan qaldırılacaq.

Unikal.org xəbər verir ki, bunu Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov bildirib.

"Əvvəllər ölkədə ərzaq təhlüksəziliyi sahəsində müəyyən pərakəndəlik var idi. Hər bir qurum öz səlahiyyəti çərçivəsində müəyyən nəzarət həyata keçirirdi. Tam tarladan süfrəyə qədər nəzarət mexanizmi yox idi,müəyyən problemlər yaşayırdıq. Ərzaq Təhlükəsizliyi Agentliyinin yaranması müsbət hadisəsdir. İnanıram ki, Agentlik öz qarşısına qoydugu vəzifələri yerinə yetirəcək. Biz də öz təcrübəmizlə onlara kömək edəcəyik. Bizdə infrastruktur da mövcuddur,laboratoriyalarımız var ki, onlardan istifadə etməyi təklif edəcəyik. Bu sahədəpərakəndəlik aradan qaldırılacaq. Əhali keyfiyyətli məhsulla təmin olunacaq", - deyə Komitə sədri qeyd edib.