Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.
Unikal.org-un apa-ya istinadən məlumatına görə, hadisə rayonun Qaragüney kəndində baş verib.
Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.
Əlavə məlumat veriləcək.
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.