Biləsuvar rayonunda kütləvi dava baş verib.

Unikal.org xəbər verir ki, hadisə şahidlərinin report-a verdiyi məlumata görə, mübahisə edən şəxsləri ayırmaq istəyən 2 post patrul xidmətinin əməkdaşı - rayon sakinləri -1989-cu il təvəllüdlü Qasid Rəşid oğlu Əsgərovvə 1991-ci il təvəllüdlü Daşqın Vəkil oğlu Quliyevmüxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Yaralı polis əməkdaşlarına Biləsuvar Rayon Mərkəzi Xəstəxanasında ilkin tibbi yardım göstərilib.

Biləsuvar Rayon Polis Şöbəsindən isə bildirilib ki, insident zamanı bir polis əməkdaşı xəsarət alıb.