Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş prezident Ayaz Mütəllibovun mətbuat katibi işləmiş, dələduzluqda təqsirləndirilən Teylor İbrahimovun cinayət işi üzrə məhkəmə prosesinə cəlb edilən Ağdam rayon icra başçısı Raqub Məmmədovun ifadəsi məlum olub.

Unikal.org qafqazinfo-ya istinadən bildirir ki, hakim Eldar Mikayılovun icraatında olan prosesdə R.Məmmədov dəfələrlə məhkəməyə ifadə vermək üçün çağırılsa da, o, bundan imtina edərək teleqram göndərib və istintaqa verdiyi ifadəsini təsdiqlədiyini bildirib.

Bəs icra başçısı R.Məmmədov istintaqa nələr danışıb?

Rayon başçısı şahid kimi dindirildiyi epizodlarla bağlı prosesdən məlumatlı olduğunu deyib və T.Fətişoğlunu sayt rəhbəri kimi tanıdığını bildirib:

"Teylor rayondakı tədbirlərdə iştirak edib, bunu saytında yayımlayırdı. Sonrada eşitdim ki, mənim adımdan camaatı aldadıb. Bir dəfə İsmayıl Məmmədovla birgə mənim yanıma gəldi. Onu anasının qohumu kimi təqdim edib İmamqulubəyli qəsəbə nümayəndəliyində ona iş verməyimi xahiş etdi. Mən də ona bir iş tapacağımı dedim. Bir müddət sonra İsmayıl tək gəlib məndən işi soruşdu, hələlik vakant yer olmadığını dedim. Sonra eşitdim ki, Teylor mənim adımdan ondan pul alıb. İsmayılı İcra Hakimiyyətinə çağırdım, ətrafdakıların yanında soruşdum ki, Teylor Fətişoğluna vəziyə üçün pul vermisənmi? İsmayıl "xeyr dedi, mən də ona xəbərdarlıq etdim ki, bu məqsədlə kiməsə pul versə, ona heç bir vəzifə verməyəcəyəm. Bu məsələ beləcə qapandı.

Bir müddət sonra rayonun Üçoğlan kənd sakini Rafil Hətəmov gəlib mənə dedi ki, Su-kanal idarəsinə rəis təyin olunmaq üçün Teylora 35 min manat verib. Ondan əvvəl Teylordan telefonla mənə zəng edərək bunu xahiş etmişdi. Mən ona cavab verib demişdim ki, həmin idarəyə "Azərsu rəhbərliyi Vüqar Qəhrəmanovu təyin edib. O ərəfədə Teylor öz saytında Vüqar haqda xoşagəlməz məlumatlar yayırdı. Teylor Rafilə də deyib ki, 35 mini guya mənə verib. Məsələyə aydınlıq gətirmək üçün elə Rafilin yanında Teylora zəng etdim. Ona dedim ki, Rafili niyə aldatmısan, o da mənə dedi ki, pulu onu vəzifəyə təyin etdirmək üçün yox, borc kimi alıb və 10 günə qaytaracaq. Mən Rafilə məsləhət görmüşdüm ki, hüquq-mühafizə orqanlarına müraciət etsin. Teylorun dediklərini Rafilə çatdırdım. O vaxtdan da Teylorla münasibətlərim pisləşdi, onun haqda rayon prokuroruğuna məlumat verdim.

Qeyd edək ki, T.İbrahimov (Fətişoğlu) sabiq prezident Ayaz Mütəllibovun mətbuat katibi olub və bir neçə il Moskvada mühacirətdə yaşayıb. Teylor Fətişoğlu külli miqdarda pul aldığı şəxsləri vəzifəyə düzəldəcəyini vəd edirmiş. Zərərçəkənlərdən biri, İsmayıl Məmmədov icra nümayəndəsinin müavini təyin olunması müqabilində T.İbrahimova 5 min manat verib: "Dəfələrlə başçının qəbulunda oldum, mənə "sən öl vurub dedi ki, Teylor işi həll edəcək. Raqub Məmmədov deyirdi ki, məni müavin yox, elə nümayəndə qoyacaq