Göygöl rayonunda yol qəzası baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi məlumata görə, hadisə Üçtəpə kəndində qeydə alınıb.

Rayon sakini, 1986-cı il təvəllüdlü Süleymanov Qamət Məzahir oğlunun idarə etdiyi avtomobil idarəetmədən çıxaraq yolun kənarında dayanan "BMW-yə çırpılıb.

Qəzaa nəticəsində xəsarət alan Q.Süleymanov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.