Milli Məclisin bu gün keçirilən iclasında Penitensiar Xidmətin fəaliyyətindən narazılıq ifadə olunub.
Unikal.org xəbər verir ki, çıxış edən deputat Fazil Mustafa bildirib ki, qurum qeyri-peşəkarlardan ibarət komanda ilə fəaliyyət göstərir.
O qeyd edib ki, xidmət nəzarətdən kənarda qalıb: "Ədliyyə naziri özü də dəfələrlə Penitensiar Xidmətin fəaliyyətində nöqsanların olduğunu bildirib.
Deputat Milli Məclisin bu məsələlərə nəzarət etməsini təklif edib.