Gəncədə evdə qaz sızmasından partlayış yaranıb.

Unikal.org apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Cavad Xan qəsəbəsində qeydə alınıb.

Qəsəbə sakini, 2003-cü il təvəllüdlü Xəlilov Sabit İmran oğlu evlərində quraşdırılan sobanı yandıran zaman qaz sızmasından partlayış baş verib. S. Xəlilov yanıq xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilib. Vəziyyətinin kafi olduğu bildirilir.