Yeni illə əlaqədar bazarlara çıxarılan hinduşkanın qiyməti bahalaşıb.

Unikal.org Xezerxeber.az-a istinadən xəbər verir ki, ölkənin müxtəlif rayonlarından gətirilən quş ətinin qiymətinin baha olmasına baxmayaraq, alıcı təlabatı az deyil. Bəzi satıcılar bildirir ki, ötən illə müqayisədə hinduşka ətinin bir kiloqramı 3-4 manat arasında bahalaşıb.

Amma bazardan-bazara da qiymətlərdə fərq var. Bir yerdə hinduşkanın kiloqramını 10 manata, digər yerdə isə 12 manata təklif edirlər.

Əsasən İsmayıllı, Beyləqan, Saatlı və İmişli rayonlarından gətirilən quş ətinin baha olmasına səbəb kimi hinduşka saxlayanların az olması, eləcə də yemin baha olması göstərilir. Ancaq qiymətlərin artmasına baxmyaraq, satıcılar təlabatın artıdığını deyirlər.

Qiymətlərin baha olması, təbii olaraq alıcıların da narazılığına səbəb olub.

Satıcıların sözlərinə görə, bahalaşma qarşıdakı günlərdə də davam edəcək.