Son 10 gün üzrə çaylarda sululuq səviyyəsi açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 130-140, Kiçik Qafqazın çaylarında 110-150, Lənkəran-Astara bölgəsi çaylarında 110-140, Naxçıvan MR çaylarında isə 150 faizini təşkil edib.
Tranzit çaylardakı son vəziyyətə gəlincə, dekabrın 15-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 6 sm artım müşahidə olunub. Məntəqədə su sərfi 191 m3/s olmaqla ongünlük normanın 122 faizini təşkil edib. 2016-cı ildə isə bu rəqəm 183 m3/s olmaqla ongünlük normanın 117 faizini təşkil edib.
Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 1 sm azalma müşahidə olunub. Məntəqədə su sərfi 41 m3/s olmaqla, ongünlük normanın 54 faizini təşkil edib. 2016-cı ildə isə bu göstərici 83 m3/s təşkil edərək ongünlük normanın 110 faizinə bərabər olub.