OPEK 2017-ci ilin yekunlarına əsasən Azərbaycanda neft hasilatının ötən illə müqayisədə sutkada 0,05 milyon barrel azalacağını gözləyir.
Unikal.org-un məlumatına görə, bu barədə təşkilatın aylıq hesabatında deyilir.
Hesabatda qeyd olunur ki, bu il Azərbaycanda neft hasilatı sutkada 0,8 milyon barrel təşkil edəcək. 2018-ci ildə hasilat daha 0,04 milyon barrel/sutka azalacaq və orta hesabla sutkada 0,76 milyon barrel təşkil edəcək.