Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) yanvarın 16-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti hərracını keçirəcək.
Unikal.org Komitəyə istinadən xəbər verir ki, hərraca 68-i kiçik dövlət müəssisə və obyekti, 49-u istifadəsiz qeyri-yaşayış sahəsi, 25-i səhmdar cəmiyyəti, 3-ü isə nəqliyyat vasitəsi olmaqla 145 dövlət əmlakı çıxarılacaq.
Əmlakların siyahısı ilə tanış olmaq üçün aşağıdakı keçiddən istifadə etmək lazımdır:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3096
Hərraca çıxarılan səhmdar cəmiyyətləri sırasında quşçuluq, kəndkimya, nəqliyyat, inşaat, təmir, ticarət, istehsal, emal və sair sahələrə aid müəssisələr - "Bərdə Tikinti Quraşdırma, "Ağdaş Quşçuluq, "İsmayıllı Təmir Tikinti, "Yevlax Yük Avtonəqliyyat, "Sabirabad Təmir-tikinti və s. var.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri də paytaxtla yanaşı İsmayıllı, Salyan, Neftçala, İmişli, Ağcabədi, Yevlax və digər rayonlarda yerləşir. Onların ümumi faydalı sahəsi 9 - 4 386 kv.m arasında dəyişir. Hərraca çıxarılan əmlaklardan ilkin satış qiyməti ən yüksək olanı Baləkən şəhərində yerləşən "Əmlak Kompleksidir. Qeyd edilən obyektin torpaq sahəsi 89 min kv.m-dən çoxdur. Ümumi faydalı sahəsi 1 min 350 kv.m olan, paytaxtın Nizami rayonunda yerləşən "İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi" torpaq sahəsi ilə birlikdə hərraca çıxarılıb.
Özəlləşdirilməyə açıq elan edilən istifadəsiz qeyri-yaşayış sahəsindən 36-sı paytaxtda, qalanları isə respublikanın digər rayon və şəhərlərində yerləşir. Bu kateqoriyaya aid olanların ümumi faydalı sahəsi 14 -547 kv.m arasında dəyişir.
Yeni hərracda özəlləşdirilməyə çıxarılacaq nəqliyyat vasitələrinin siyahısı ilə tanış olmaq üçün isə aşağıdakı keçiddən istifadə etmək olar:
http://privatization.az/index.php/az/component/content/article?layout=edit&id=3094