Əmanətlərin Sığortalanması Fondu Azərbaycan Respublikası Xammal və Əmtəə Birjası vasitəsilə ləğv prosesində olan bir sıra bankların balansında olan əmlakı satışa çıxarır.
Unikal.org xəbər verir ki, Əmanətlərin Sığortalanması Fondu ləğv prosesində olan bir sıra bankların balansında olan daşınan və daşınmaz əmlakını hərrac yolu ilə satışa çıxarır.
Belə ki, ləğv prosesində olan QSC "Standard Bank KB-nin balansında olan 1 (bir) ədəd "Daewoo Nexia, 6 (altı) ədəd "Mitsubishi Lancer, 6 (altı) ədəd "Toyota Corolla, 1 (bir) ədəd "Toyota Avalon, 3 (üc) ədəd "Hyundai Accent markalı minik avtomobilləri, 1(bir) ədəd "Fiat Doblo Cargo və 1 (bir) ədəd "Mersedes-815 yük avtomobilləri, 2 (iki) ədəd bankomat və 1 (bir) ədəd embosser satışa cıxarılır.
Ləğv prosesində olan "Atrabank ASC-nin balansında olan 1 (bir) ədəd "Ford Focus, 1 (bir) ədəd "Mitsubishi Pajero markalı minik avtomobilləri və 2 (iki) ədəd embosser hərraca cıxarılır.
Bundan başqa, ləğv prosesində olan "Kredobank ASC-nin balansında olan qeyri-yaşayiş sahəsi və ləğv prosesində olan "Texnikabank ASC-nin balansında olan bag evi satışa cıxarılır.
Hərrac açıq formada Azərbaycan Respublikası Xammal və Əmtəə Birjasında (Bakı şəh, İ.Hidayətzadə küç, 156(20A) 1933-cü məh. Ünvanda) 16.01.2018-ci il tarixində saat 11:00 da keçiriləcək.
Maraqlananlar əlavə məlumatıhttp://www.birjanews.az/store/mantlrin-sigortalanmasi-fondulinki vasitəsilə və 566-70-25, 566-79-67 telefonlarla əldə edə bilərlər.