Prezident İlham Əliyev Avtomobil Yolları Dövlət Agentliyinin (bundan sonra - Agentlik) fəaliyyətinin təmin edilməsi haqqında fərman imzalayıb. 

Unikal.org-un xəbərinə görə, fərmana əsasən, Nazirlər Kabinetinə Agentliyin fəaliyyətinin təmin edilməsi ilə əlaqədar Azərbaycan Respublikası qanunlarının uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək;

Azərbaycan prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb prezidentə təqdim etmək;

"Azəravtoyol Açıq Səhmdar Cəmiyyətinin balansında olan əmlakın Agentlik dövlət qeydiyyatına alındığı gündən Agentliyin balansına verilməsini bir ay müddətində həll etnək;

Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu frmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib prezidentə məlumat vermək;

Mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu frmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində pezidentə məlumat vermək;

Bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.