"Əmək bazarÂı: islahatlar və persÂpektivlər" mövzusunda konfrans keçirilib. Unikal.org bildirir ki, konfransda əmək və əÂhalinin sosial müdafiÂəsi naziri Səlim MüslÂümov da çıxış edib.
Nazir "Azərbaycanda orta ixtisas təhsilli şəxslərə olan ehtiyac azalıb" deyə bildirib.
Onun sözlərin görə, hazırda daha yüksək səviyyədə təhsili olan, ixtisaslı kadrlara ehtiyac var: "Ölkədə əmək ehtiyatlarının keyfiyyət tərkibini müəyyən edən əsas məsələlərdən biri də təhsil və ixtisas səciyyəsidir. 2010-cu ildən başlayaraq əmək miqrasiyası üçün kvota sistemi tətbiq olunmağa başlandı. Kvotanın tətbiqi ilk növbədə ixtisaslı kadrların Azərbaycana cəlb edilməsi, eləcə də ölkə daxilindəki əmək resurslarından maksimum səviyyədə, daha geniş istifadə olunmasına və onların ixtisasının artırılmasına diqqətin yönəldilməsidir".
S.Müslümov qeyd edib ki, nazirliyin "Əmək müqaviləsi bildirişi üzrə elektron informasiya" sistemində qeydə alınmış muzdlu işçilərin 37.5 faizi ali təhsilli, 37.5 faizi orta təhsillidir, 22.3 faizi orta ixtisas təhsillidir.